Şrift:
Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı Günü həmrəylik nümayişi ilə qeyd olunacaq
07.04.2020 [10:21] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyə ictimaiyyəti 23 Aprel-Milli Suverenlik və Uşaq Bayramını həmrəylik nümayişi ilə qeyd edəcək.

Türkiyə Böyük Millət Məclisi (TBMM) xəbər verir ki, bu barədə parlamentin sədri Mustafa Şəntop açıqlama verib. TBMM-in sədri bildirib ki, aprelin 23-də Türkiyə xalqı evlərində və ya yaşadıqları mənzillərin eyvanlarına çıxaraq dövlət bayrağını dalğalandıraraq yerli vaxtla saat 21.00-da İstiqlal marşını oxuyacaq.

Qeyd edək ki, 1920-ci il aprelin 23-ü Türkiyə Böyük Millət Məclisinin yarandığı və türk xalqının suverenliyini elan etdiyi tarixdir.

Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk tərəfindən 1924-cü il 23 aprel tarixinin bayram kimi qeyd edilməsi haqqında qərar qəbul edilib. Bu tarixdən 5 il sonra - 1929-cu ildən etibarən Türkiyədə 23 aprel tarixi Milli Suverenlik və Uşaq Bayramı kimi qeyd olunmağa başlayıb.
Bu xəbər oxucular tərəfindən 438 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed