Şrift:
Son 24 saat ərzində Qırğızıstanda koronavirusa yoluxanların sayı 270 nəfərə çatıb
08.04.2020 [11:25] - Xəbərlər, Türk dünyası-Turan
Son sutka ərzində Qırğızıstanda COVID-19 koronavirusuna yoluxanların sayı 54 nəfər artaraq 270-ə çatıb.

Bu haqda koronavirusla bağlı yaradılan Respublika Qərargahı məlumat yayıb. Məlumatda deyilir ki, yeni virusa yoluxanların hamısı karantində olanların hesabına artıb.

Bildirilir ki, xəstələrin keşiyində duran tibb işçilərindən koronavirusa tutulanların sayı isə 30 nəfərə çatıb. Ölkədə bu virusdan artıq 4 nəfər dünyasını dəyişib.

Koronavirus pandemiyası ilə əlaqədar Bişkekdə, Oş və Cəlalabad vilayətlərində fövqəladə vəziyyət rejimi tətbiq olunub.
Bu xəbər oxucular tərəfindən 510 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed