Şrift:
Gürcüstanda koronavirusa yoluxanların və ölənlərin sayı artıb
19.04.2020 [10:56] - Gündəm, Sağlıq
Gürcüstanda gün ərzində COVİD-19 virusuna yoluxanların və bu virusdan ölənlərin sayında artım qeydə alınıb.

Bu barədə Gürcüstan hökumətinin rəsmi stopcov.ge saytında məlumat yerləşdirilib.

Məlumatda bildirilir ki, aprelin 18-də Gürcüstanda koronavirusa yoluxanların sayı 388-ə çatıb. Xəstələrdən biri dünyasını dəyişib və bununla da ölkədə koronavirusdan ölənlərin sayı 4 olub.

Hazırda ölkədə 4971 nəfər karantində, 519 nəfər isə stasionar nəzarətdədir.

Qeyd edək ki, xarici ölkələrdə koronavirusa yoluxmuş daha 3 nəfər müalicə məqsədilə Gürcüstana gətirilib.

Xarici ölkələrdə 9 nəfər Gürcüstan vətəndaşı koronavirusdan dünyasını dəyişib.
Bu xəbər oxucular tərəfindən 448 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed