Şrift:
İranda koronavirusdan ölənlərin sayı 5574 nəfərə çatıb
24.04.2020 [15:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda son 24 saat ərzində 93 yeni ölüm faktı ilə koronavirusdan ölənlərin sayı 5574 nəfərə çatıb.



Bu barədə gündəlik keçirdiyi mətbuat konfransında məlumat verən İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur son 1 gün ərzində 1168 nəfərin koronavirus testinin müsbət çıxdığını bəyan edib.



Onun sözlərinə görə, bununla da ölkədə infeksiyaya yoluxmuş insanların sayı 88194 nəfərə yüksəlib. Onlardan isə 66594 nəfəri sağalıb.



Kiyanuş Cahanpur sonda qeyd edib ki, hazırda vəziyyətləri çox ağır olan 3 min 121 nəfər intensiv terapiya şöbəsində müalicəsini davam etdirir.
Bu xəbər oxucular tərəfindən 407 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed