Şrift:
Azərbaycanda odlu silah satan şəxs tutulub
27.10.2011 [13:14] - Hadisə
Azərbaycan paytaxtında odlu silah satan şəxs həbs edilib. Daxili İşlər Nazirliyinin (DİN) verdiyi məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, Elçin Məmmədhəsənov Nizami rayonu ərazisində 1 ədəd nömrəsi silinmiş "Makarov" tipli tapançanı, 1 ədəd güllə darağını və 2 ədəd gülləni 1.000 ABŞ dollarına satarkən tutulub. Saxlanılan şəxsin əvvəllər məhkum olunduğu bildirilib.
Bu xəbər oxucular tərəfindən 2793 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed