Şrift:
“Mənim günahım” tamaşası onlayn göstəriləcək
08.05.2020 [11:13] - Gündəm, Afişa
Teatrsevərlərin istəyini nəzərə alaraq bu gün saat 18:00-da Akademik Musiqili Teatrın rəsmi “Facebook” səhifəsində SSRİ Xalq artisti Qara Qarayevin musiqiləri əsasında İyas Əfəndiyevin “Mənim günahım” tamaşası canlı yayımlanacaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsərində rolları Əməkdar artistlər - Nərgiz Kərimova (Nurcahan) və İlham Hüseynov (Sahib) canlandıracaq. Teatrın balet artisti Mələkxanım Səfərovanın (Ayqız) gözəl ifası da tamaşaya xüsusi rəng qatacaq.

Sevgi haqqında pritçanın ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru prezident mükafatçısı İradə Gözəlova, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Elnur Axundov, quruluşçu baletmeysteri Əməkdar artist Yelena Ağayeva, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Elməddin Dadaşovdur.

Əsərin süjet xəttində yaşlandığını qəbul etməyən Nurcahan adlı balerinadan bəhs edilir. O, həyat yoldaşını gənc balerina Ayqıza hədsiz qısqandığı üçün gərgin psixoloji sarsıntılar keçirir. Nurcahan Ayqızı təkcə ömür-gün yoldaşına deyil, həm də sevimli sənətinə qısqanır. Göründüyü kimi, bəzən sənətə də aşırı sevgi acınacaqlı nəticələr verir. Nurcahan səhnəyə yenicə qədəm qoyan gənc qızın gələcəkdə onun yerini tuta biləcəyindən qorxur. Buna görə də qarşısında maneə kimi gördüyü balerinaya fiziki zərbə vuraraq böyük bir günah işlədir. Bu addımı ilə özünə də ağır, mənəvi zərbə vurur. Nurcahan sonralar əməlindən peşman olsa da, bu günahın mənəvi əzabını daxilən çəkir.

Sənət yarandığı gündən indiyə qədər bu mövzu həmişə aktual olub və həmişə də aktual olacaq..
Bu xəbər oxucular tərəfindən 754 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed