Şrift:
Şərqi Azərbaycanda koronavirusdan ölənlərin sayı 400 nəfəri ötüb
11.05.2020 [15:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın səhiyyə rəsmisinin açıqlamasına görə, Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətində koronavirus infeksiyasından ölənlərin sayı 403 nəfər olub.

Şərqi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi ötən həftə ərzində orta hesabla hər gün 200 nəfərdə koronavirus infeksiyasının aşkarladığını açıqlayıb. Onun sözlərinə görə, Şərqi Azərbaycanda xəstəliyə yoluxanların sayı isə 5813 nəfərə çatıb.

Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş da son 24 saatda daha beş nəfərin koronavirusa yoluxduğunu, infeksiyadan əziyyət çəkənlərin ümumi sayının 1061 nəfərə çatdığını bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 112 olub. Qızılbaşın dediyinə görə, infeksiyaya yoluxanlardan 868 nəfər tam sağalaraq evə buraxılıb.

Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə isə əyalətdə koronavirus infeksiyasından ölənlərin sayının 185 nəfərə çatdığını bildirib. Ağazadənin verdiyi məlumata əsasən, ötən 24 saat ərzində daha 51 nəfərdə infeksiya aşkarlanıb. Beləliklə Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayı 3312 nəfərə çatıb. O, həmçinin əyalətdə xəstəliyə yoluxanlardan 1520 nəfərinin sağaldığını qeyd edib.

Güney Azərbaycanın Həmədan, Ərdəbil və Qəzvin əyalətlərinin səhiyyə xidməti məsulları isə pandemiya ilə bağlı yeni rəqəmləri açıqlamaqdan imtina edir.
Bu xəbər oxucular tərəfindən 470 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed