Şrift:
Oqtay Əsədov: "Necə oldu ki, Azərbaycanın payı 80 faizə çatanda neftin hasilatı aşağı düşür?"
17.10.2012 [11:24] - Gündəm, Siyasət
Dünən Milli Məclisin növbəti iclası keçirilib.

Davam.Az-ın məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov sessiyada deputatların qaldırdığı bir sıra məsələlərə münasibət bildirib. Oqtay Əsədovun sözlərinə görə, bir sıra xarici və yerli mətbuat orqanları prezident İlham Əliyevin "bp" haqqında haqlı iradlarını siyasiləşdirmək istəyir:

"Prezident neftin əlifbasını deyib. Mən də mühəndisəm. "bp" 3 ildir proqnozları yerinə yetirmir. Azərbaaycan prezidenti də deyir ki, proqnozlar yerinə yetirilsin. Necə oldu ki, Azərbaycanın payı 80 faizə çatanda neftin hasilatı aşağı düşür?. Burada Azərbaycan dövlətinin maraqları qorunur. Bundan siyasi şou yaratmaq heç kimə şərəf gətirməz”.
Bu xəbər oxucular tərəfindən 1131 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed