17.10.2012 [16:33] - Müsahibə
“Könlüm keçir...” layihəsinin qonağı keçmiş döyüşçü, aktrisa Şükufə Musayevadır.
Bərdədə keçən uşaqlıq
Bərdədə keçən uşaqlığın digər bölgələrimizdə keçənlərdən elə də fərqi yoxdur. Təssərrüfatla məşğul olan regionda böyüyən uşaqlar fərqli olur. Daha möhkəm, daha sağlam. Bərdədə pambıqçılıq inkişaf eləmişdi. Uşaqlar da pambığa gedirdi. Bəzən 200 kq pambıq yığırdım. Buna heç kim inanmırdı ki, qız uşağı bu qədər sürətlə və çox pambıq yığa bilər. Pambıq mövsümünün sonunda mükafatlandırma olanda deyirdilər ki, bundan pambıqçı yox, yaxşı aktrisa olar.
Qaçış yarışlarına qatılırdım. Elə uşaqlıqdan çalışırdım ki, hər şeydə birinci olum. Atıclığım da var idi. Silahdan rahatlıqla istifadə edə bilirdim. Daha ağlıma da gəlmirdi ki, günlərin birində müharibə başlayacaq, bu qabiliyyətim mənə lazım olacaq.
Bakıdakı Xarı Bülbül Şuşadakına oxşamır
Bakıda Xarı Bülbül əkiblər. Hansısa rayonda yetişdirildikdən sonra gətirib Bakıda basdırıblar. Bu Xarı Bülbüllə Şuşadakının arasında oxşarlıq da yoxdur. Heç ola da bilməz. Cıdır düzündə qaçışlar keçirilirdi. Yarışdan sonra başlayırdıq gül-çiçək dərməyə. Şuşada Xarı Bülbül elə bil, əllə toxunmuş, bərk xalça idi. Xar, bülbül açıq-aşkar görünürdü. Elə bil, gül yox, suvenir idi. Məxmər parçaya bənzəyirdi.
Bərdədən Şuşaya yollar görünür...
Uşaqlıqdan aktrisa olmaq istəyi ilə sənədlərimi İncəsənət İnstitutuna verməyi düşünürdüm. Sənəd qəbuluna gecikdim. Sonra Şuşa Mədəni Maarif Texnikumuna daxil oldum. Şuşa ilə ilk tanışlığım idi. Şuşaya aşiq olmuşdum. Heç vaxt belə təbiət görməmişdim. Qarabağın hər yeri gözəldir. Şuşa isə ayrı aləm idi. Dağlar yaşıl qələmlə boyanmışdı. Sıldırım qayalara baxanda insanın ruhu şahə qalxırdı. Hər yay tətilində Bərdəyə gedəndə günəşdən yanırdım. Elə ki, Şuşaya qayıdırdım, səhər oyanıb görürdüm ki, üzüm ağappaq olub. Şuşanın havası möcüzə idi. Şuşanın suyu insanın qanını yuyurdu. Şuşa məni özünə necə bağladısa, elə bilirdim ki, burda doğulub-böyümüşəm. Torpaq, daş, hava da ətir qoxurdu.
Hava yəqin küsüb gedib
Şuşa indi bizsiz qalıb. Şuşanı Şuşa edən təkcə təbiəti deyildi. İnsanları çox saf, qonaqpərvər, mübariz idi. Şuşalılar indi o torpaqlara həsrətdilər. Elə buna görə də, Şuşanın havasının əvvəlki kimi olacağına inanmıram. Yəqin, indi hava da küsüb gedib.
Teatr, səhnə, cəbhə...
Mədəni Maarif Texnikumunu bitirdikdən sonra Şuşa Dram Teatrında işləməyə başladım. Müxtəlif tamaşalarda oynadım. Elə ki, müharibə başladı, həyatımız, ümidlərimiz, arzularımız alt-üst oldu. Müharibələri biz ancaq filmlərdə görmüşdük, kitablarda oxumuşduq. Heç yuxumda da müharibə görməmişdim. Bircə həftənin içində Şuşanı ermənilər cəhənnəmə çevirdi. Hər yerdən üstümüzə od-alov yağırdı. Şuşa özünü var gücü ilə müdafiə edirdi.
Havadan hücum olmasaydı, Şuşanı almaq mümkün deyildi
Könüllü olaraq hərbiyə yollandım. Məni qəbul etmək istəmirdilər. Deyirdilər ki, qız uşağısan, əsir düşərsən. Sən əsir düşsən gərək, biz hamımız özümüzü öldürək. İlk vaxtlarda mənə orduda sənədləşdirmə işinə baxmağı tapşırdılar. O vaxt Milli Ordu yaranmamışdı. Heç yerdə demirəm, ancaq Milli Ordunun yaranmasında mənim də azdan-çoxdan xidmətlərim olub. Mənim orduda olmağım orduya yeni gələnləri ürəkləndirirdi. Onlara vətənpərvərlik aşılamağa çalışırdım. Gələnlərin heç biri silah istifadə edə bilmirdi. Onlara silahdan istfadəni öyrədirdim. Həm də, deyirdilər ki, qız qorxmursa, bizim qorxmağımız utandırıcı olar.
Qarabağın od tutub yandığı vaxt
Məni Laçına göndərdilər. Vəziyyət elə idi ki, sənədləşmə işindən çox döyüşdə lazım oldum. Döyüşməklə yanaşı, yaralılara tibbi xidmət də göstərirdim. Elə vaxt olurdu ki, əsgərlərin yeməyə heç nələri olmurdu. Bir neçə dəfə rayon camaatının qoyub getdiyi undan təndirdə döyüşçülər üçün çörək də bişirmişəm. Çox çətin dövr idi. Orduda nə silah, nə də qida var idi. Bir tikəni, bir qurtum suyu da bölürdük. O günlər yadımdan çıxmır. Gəncliyimiz, torpağımız əldən getdi. Neçə-neçə igidimizin öldüsü-qaldısı bilinmədi.
Ölməkdən yox, əsirlikdən qorxurdum
Ölmək mənim üçün heç nə idi. Qorxu hissim ölmüşdü. Şuşada qaçaqaç düşəndə müəllimim arxadan mənə qışqıra-qışqıra yaxınlaşdı ki, tez ol, qaç. Elə pisimə gəldi ki... Qaçmağı özümə sığışdıra bilmirdim. Bəlkə də, çoxları inanmaz. Amma döyüşçü dostlarım şahiddir. Qəlpələr üstümə yağırdı. Heç döyüş bölgəsində qaçmırdım.
Sahibsiz tabutlar
Döyüşlərin qızğın vaxtı Tərtərə getmişdik. Gördüm ki, sıra ilə tabutlar düzülüb. Soruşdum, bu tabutlar niyə sahiblərinə, evlərinə göndərilmir. Dedilər ki, onların heç birinin kimliyi məlum deyil. Parça-parça olublar, külə dönüblər. Ona görə də bilmirik, hara göndərək.
Tabutlar yan-yana, tabutlar kimsəsiz,
Ünvansız tabutlar kimsəsiz qalmış.
Qalmasın yağış altda, qalmasın qar altda.
Dözməz buna yer də, göy də.
İgidlərin ölməsin bir də.
İndiki gənclər məndən inciyir
Gözümün qarşısında o qədər igilər canını tapşırıb, parça-parça olub ki... İgid, yaraşıqlı, boylu-buxunlu, döyüşkən. O vaxtın gəncləri elə bil ki, sifarişlə, müharibə üçün gəlmişdilər. İndiki cavanların içində o cür gənclər gözə dəymir. Nə o yaraşığı, nə də döyüş əzmini görə bilmirəm. Bunu deyəndə inciyirlər. Ancaq reallıqdır.
Klinikada bədəninin gövdəsi qalan əlillər var
Ölənlər, itkin düşənlərdən daha dəhşətli günlərə qalanlar oldu. İki ayağını, iki əlini itirənlər var idi. Bədəninin yalnız gövdəsi qalanlar var idi. Onları dörd təkərə bağlamışdılar. 7 nömrəli xəstəxanada 20 ildir belə yaşayan Qarabağ əlilləri var. Onlara “əlil” deməyə adamın dili gəlmir. “Yarımcan” sözü də az gəlir. Müharibə çoxunun həyatını almaqla yanaşı, çoxunu ömrünün sonuna qədər işgəncə çəkməyə məcbur elədi.
Qəlpələr üstümə yağdı
Yaralanmağım bir anın içində oldu. Döyüş gedirdi. Əsgərlərdən ikisi həmin gün yandı. Sonra mənə dedilər ki, qışqırıb deyirdin ki, komandir, qoyma, uşaqlar yandı. Sonra gülümsünüb yıxıldın. Özümü itirəndən sonra kliniki ölüm keçirdim. Gözümün qabağına özüm gəlirdim. Yer açılırdı, yerin altına girirdim. Komandirim üstümə gül, sonra da torpaq tökürdü. Qəlpələr üz-gözümü parçalamışdı. Əvvəlcə qəribə bir istilik, küt ağrı, sonra da keylik hiss elədim. Gerisini xatırlamıram. Gözümü bir balaca açanda gördüm ki, uşaqların hamısı başımın üstündə ağlaşır. Deyirdilər yaxşı ki, sağ qaldı. Məni vertolyotla “Semaşko”ya gətirdilər. Üz-gözüm tanınmaz hala düşmüşdü. Qəlpələr bədənimin hər yerinə yayılmışdı. Alnımı tikdilər. Lakin, sağlamlığım bərpa olunmurdu. Reabilitasiya ərəfəsində bir həkim alın sümüyümü dartıb kəlbətinlə çıxartmaq istəyirdi. Heç nə hiss eləmirdim. Bir də gördüm ki, başqa bir həkim içəri girib həmin həkimi şillələyib bayıra çıxardı. Ona dedi ki, uşağı niyə bədbəxt edirsən. İndi fikirləşirəm ki, bu ya sifarişli idi, ya da həkim erməni idi. Sonralar oxudum ki, insanın yaddaşı onun alın sümüyündə yerləşir. O mənim yaddaşımı silmək istəyirmiş. Səbəbini bilmirəm, amma o həkim heç bir səbəb olmadan alın sümüyümü dartıb çıxarmaq istəyirdi.
Xəstəxanalarda keçən gənclik
Bədənimdə qəlpə çox idi. Heç cür sağalmaq bilmirdim. Yaralarım çox ağır olmuşdu. 6 aya yaxın xəstəxanalarda qaldım. Ruh düşkünlüyü sağalmağıma mane olurdu. Yenidən cəbhə bölgəsinə qayıtmaq istəyirdim. Lakin, buna icazə vermədilər. Dedilər ki, ani təhlükə yaranan kimi beyninə qan sızacaq. Başımda şiddətli ağrılar və küy olurdu. Azca sağalan kimi dedim ki, döyüşçü kimi cəbhəyə gedə bilmirəmsə, aktrisa kimi getməliyəm. Tamaşalar hazırlayıb cəbhə bölgələrinə gedirdim.
Gecə dostunun qucağında keçinənlər səhər tamaşada olurdu
Ölüm çox adiləşmişdi. Hər dəqiqə kimsə gözlərinin qarşısında yanıb külə dönürdü. Və ya bir saat əvvəl yanında olan adam qucağında keçinirdi. Ölümü hamı öz yanında, əlinin altında hiss edirdi. Hamı fikirləşirdi ki, ölüm onun üçün də var. Tamaşalar bir neçə saatlıq onları müharibədən, qandan, ölümlərdən ayırırdı. Onlara ruh verməyə çalışırdıq.
Qarabağdan qaçan oğul olmayıb!
Hərdən müharibədə, qanlı-qadalı günlərdə öz kefində olan insanlar deyir ki, o vaxt qorxub qaçanlar olub. Əl boyda uşaqlar var idi ki, toplar, mərmilər atılırdı, heç qaçmırdılar. Bizim silahımız yox idi. Olsaydı, indi hər şey başqa cür olardı.
Özümü pəncərədən atırdım
Şuşanın işğalını eşidəndə özümü pəncərədən atmaq istəyirdim. Elə bilirdilər ki, başıma hava gəlib. Doğurdan da dəli olurdum. Ölmək istəyirdim. O torpaqları itirə bilməzdik. Şuşasız yaşaya bilməzdik. Ancaq, lənət şeytana, yaşadıq. Buna yaşamaq demək olarsa... Şuşalıların bədənində ruh qalmayıb. İçimiz yaradır. Şuşanı görən adam Bakıda yaşaya bilməz, nəfəsi çatmaz. O qədər şuşalının ürəyi partladı, öldü.
Evdən özüm imtina elədim
1996-cı ildə məni çağırıb dedilər ki, Bakı qeydiyyatına düşüb ev növbəsinə yazılıb. Ağlayıb qırğın çıxartdım ki, demək istəyirsiniz, Şuşa qayıtmayacaq? Yalan deyirsiniz! Hələ də yataqxanada yaşayıram. Şuşalıların çoxu pərən-pərən düşüb. Zülm çəkənimiz daha çox oldu.
İstəyirəm qadınlar da əsgər getsin
Müharibəyə, ölümlərə nifrət edirəm. Ancaq istənilən formada Şuşamı geri istəyirəm. Buna görə hamı vuruşmalıdır. Cəbhədə kişilərlə yanaşı, aslan kimi döyüşən, şəhid olan o qədər qadınlarımız oldu. Qadın anadır. Buna görə də həmişə müharibəyə hazır olmalıdır.
Günay

Bu xəbər oxucular tərəfindən 1562 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |