Şrift:
Özbəkistanda COVID-19 koronavirusuna 3769 nəfər yoluxub
03.06.2020 [11:33] - Gündəm, Sosial
Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 3769-a çatıb.

Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, indiyədək ölkədə bu virusdan 2908 nəfər sağalıb, 837 xəstənin müalicəsi davam edir, 10 pasiyentin vəziyyəti ağır qiymətləndirilir, 15 nəfər həyatını itirib.

Ölkədə koronavirusa yoluxan tibb işçilərinin sayı 300-dən artıqdır, onların da təxminən 70 faizi sağalıb.

Özbəkistanın baş sanitar müfəttişi Nurmat Atabekov bu gün keçirdiyi brifinqdə deyib ki, ölkədə koronavirusa yoluxanların 80 faizi xəstəliyi yüngül, 15 faizi orta ağır, 2-3 faizi isə ağır formada keçirir.

Operativ Qərargahın məlumatına görə iyunun 7-dək Rusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Misirdən Özbəkistan vətəndaşlarını ölkəyə gətirən doqquz çarter reysi həyata keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 306 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed