Şrift:
Güney Azərbaycanın Urmu şəhərinde toplu məzarlıq tapılıb - FOTO
20.10.2012 [16:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmu Şəhərinin “15 Xurdad” məktəbində yenidənqurma işləri ilə bağlı qazıntı işləri aparılarkən toplu məzarlıq tapılıb. Məzarlıq öz xüsusiyyətlərinə görə uzmanların heyrətinə səbəb olub.

Məlumata görə, “15 Xurdad” məktəbinin 75 illik binası Urmu Şəhərinin əski qəbiristanı olan “Qarasandıq”"ın yerində tikilib.

Bu qazıntılarda tapılan ölü sümükləri yayılan Görüntülərdə Görüldüyü kimi toplu şəkildə basdırılıb və böyük bir tarixi acı həqiqəti uzmanlar və arxeoloqların qarşısına qoyub.

Hələlik heç nə aydınlaşmasada, ilkin görüşlərə görə tapılan toplu məzarlıq tarixi Ciloluq soyqırımına aid ola bilər. Ciloluq soyqırımı təxminən 100 il öncə Urmu, Xoy, Salmas və Batı Azərbaycanın bir neçə şəhərində Erməni və Asurilərin əli ilə törədilib. Soyqırım 1918-ci ildə baş verib və 200-500 min arası Türk millətinə mənsub insanın vəhşicəsinə ölümü ilə nəticələnib.

Batı Azərbaycan bölgəsinin mədəni miras idarəsinin Arxeoloqu qazıntılar yerində araşdırmalar apardıqdan sonra hadisə yerində böyük bir yanğın olduğunu istisna etməyib. Rza Heydəri iddiasını kəşf olunan cəsədlərin altında tapılan kül və bəzi sümüklərin yanması ilə izah edib.

Saxsı qabların içərilərinə qədər yanmaları böyük bir yanğından xəbər verir. Hansı ki, bilərəkdən həyata keçirilib və bu hadisə 20-ci əsrin əvvəllərində insanlıq və Türklərə qarşı böyük soyqırımdan xəbər verməkdədir.

Qazıntıların dərinliyi 4 metr olub və toplu məzarlıq 1 metrdən başlayıb və 3 metr dərinliyə qədər davam edib. Bu isə tolpu məzarlıq üçün qazılan böyük quyuların göstərgəsidir. Qazılan bölgənin 1 metr dərinliyində yanğından qalan külləri açıqca görmək mümkündür. Bəzi xüsusi qabların qazıntılarda tapılması böyük bir tarixi bölgənin söz qonusu olduğunu göstərir və arxeolji qazıntılar və araşdırmaları labüd edir. Qəbiristanın milli irs siyahısında qeyd edilməməsinə görə, hadisə yerində qazıntılar davam edir.

Məlumata görə, Batı Azərbaycan əyalətinin mədəni irslər mərkəzi rəisinin müavini Mühəndis Fərinin göstərişi ilə bir qrup məsul şəxs hadisə yerinə göndərilib. Onlar qazıntılar yerində araşdırmalar aparıb və ehtiyac olduğu təqdirdə qazıntı işlərini durduracaqlar. Həmçinin məktəbin doğu tərəfində qazıntılar zamanı islami dövrə aid qablar tapılıb. Tapılan bir tunel isə tarixi bir kəhrizin olduğunu göstərir.

Qeyd edək ki, Urmu Şəhərinin tarixi “Qarasandıq” qəbiristanında tapılan bəzi məzarlar başqalarına görə fərqli və qeyri-adi şəkildə və bəzən yandırılandan sonra basdırılıb. Hələlik heç bir rəsmi mənbə qazıntılar və toplu məzar haqqında dəqiq məlumat yaymayıb. İlkin görüşlər sübut olunarsa Türklərə qarşı yapılan soyqırım və ciloluq faciəsinin bir çox gərçəkləri ifşa olunacaq.
Güney Azərbaycanın Urmu şəhərinde toplu məzarlıq tapılıb - FOTO
Güney Azərbaycanın Urmu şəhərinde toplu məzarlıq tapılıb - FOTO
Bu xəbər oxucular tərəfindən 1535 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed