Şrift:
Türkiyənin qurudakı sərhəd-keçid məntəqələri İran istisna olmaqla hamısı açılıb
12.06.2020 [09:10] - Xəbərlər, Siyasət
Türkiyənin pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həmsərhəd ölkələrlə müvəqqəti bağlanan quru yolu sərhəd-keçid məntəqələri İran istisna olmaqla hamısı açılıb.

Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Türkiyə və xarici ölkə vətəndaşlarının bu, eləcə də hava və dəmir yolları ilə Türkiyəyə giriş-çıxış qaydaları ilə bağlı yeni fəaliyyət planı artıq ölkənin 81 şəhərinin aidiyyəti qurumlarına göndərilib. Bu plana əsasən, Türkiyəyə gələn hər bir şəxs COVID-19-la bağlı xüsusi müayinədən keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 301 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed