Şrift:
Koronavirus pandemiyası Şərqi Azərbaycanda “çox ağır vəziyyət” yaradacaq
25.06.2020 [14:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Əyalətin səhiyyə sisteminin işçi qrupunun iclasında çıxış edən Məhəmməd Hüseyn Somi Şərqi Azərbaycanda hər gün orta hesabla 450 yeni koronavirusa yoluxma faktının aşkarlandığını bildirib.





Təbriz Tibb Universitetinin rektoru həmçinin əhalinin məsələyə diqqət yetirmədiyini tənqid edərək əlavə edib ki: “son günlərdə əhali arasında koronavirusa yoluxma və onun təsirləri ilə bağlı narahatlıq 90 faizdən 20 faizədək azalıb”.

O həmçinin bildirib ki, Şərqi Azərbaycan əhalisinin sadəcə 54 faizi sosial məsafə qaydalarına əməl edir.





Sominin sözlərinə görə, koronavirusun əsas yayılma yerlərindən biri olan ictimai nəqliyyat vasitələrində sərnişinlərin təkcə 10 faizi tibbi maskadan istifadə edir.

Şərqi Azərbaycanın Səhiyyə Xidmətinin rəhbəri həmçinin əhalinin 50 faizindən çoxunun koronavirusla bağlı tətbiq olunan qaydalara riayət etmədiyini iddia edib.





İran rejimi siyasi və iqtisadi mülahizələrə görə, pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətləri ortadan qaldıraraq müxtəlif müəssisələrin fəaliyyətini yenidən bərpa edib. Bu isə pandemiyanın yayılmasını yenidən gücləndirib. İyunun 19-da Təbriz şəhərinin koronavirusun yayılması səbəbindən qırmızı vəziyyətdə olmasına baxmayaraq bu şəhərdə cümə namazı keçirilib.
Bu xəbər oxucular tərəfindən 305 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed