Şrift:
Şamaxıda reyd zamanı 36 obyektin sahibinə ciddi və son xəbərdarlıqlar olunub
05.07.2020 [10:33] - Xəbərlər, Hüquq
Şamaxıda koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə tətbiq olunan karantin rejimi qaydalarına əməl edilməsi vəziyyətinin öyrənilməsi və zəruri tədbirlərin görülməsi ilə əlaqədar rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, Gigiyena və Epidemiologiya Mərkəzinin, Qida Təhlükəsizliyi Agentliyinin və şəhər bələdiyyəsinin birgə həyata keçirdikləri reydlər davam edir.

Rayon icra hakimiyyətindən bildirilib ki, reydlər zamanı Şamaxı şəhəri ərazisində 45 ictimai iaşə obyektinin, 37 ərzaq satış mağazasının fəaliyyəti barədə konkret məlumatlar əldə olunub. İşlərini tələb edilən qaydalara uyğun qurmayan 36 obyektin sahibinə ciddi və son xəbərdarlıqlar olunub. 5 obyektdə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmadığı və bu qaydaların kobud şəkildə pozulduğu aşkarlanıb. Aşkarlanan faktlara görə həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Aparılan söhbətlər zamanı bu cür reydlərin mütəmadi olaraq davam etdiriləcəyi, tələblərə əməl olunmayan obyektlərin sahibləri barədə ən sərt tədbirlərin görüləcəyi bildirilib.

Qeyd edək ki, bu reydlər Baş Nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın geniş tərkibli respublika videomüşavirəsində verilən tapşırıqların icrası ilə əlaqədar rayon icra hakimiyyəti tərəfindən görülən təxirəsalınmaz tədbirlər çərçivəsində həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 638 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed