Şrift:
Səudiyyə Ərəbistanında məhdudlaşdırılmış Həcc ziyarətinə hazırlıq işləri tamamlanır
10.07.2020 [14:21] - Gündəm, İslam dini
Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi son sutka ərzində ölkədə daha 3183 nəfərin COVID-19-a yoluxduğu, 41 pasiyentin isə dünyasını dəyişdiyi barədə məlumat yayıb. Qeyd olunub ki, pandemiyanın başladığı gündən bəri Krallıqda yeni növ koronavirusa 223 mindən çox yoluxma, 2100 ölüm halı qeydə alınıb.

Bu çətin şəraitdə Krallıq bu il məhdud formatda – cəmi 10 min zəvvarın iştirakı ilə keçiriləcək Həcc ziyarətinə hazırlıqları tamamlamaq üzrədir. “Saudi Gazette” nəşrinin yazdığına görə, Mina, Ərafat və Müzdəlifədə dezinfeksiya və abadlıq işləri başa çatıb. Məkkə və Mədinənin küçələrində də ciddi təhlükəsizlik tədbirləri görülür. Müqəddəs məscidlərə isə yalnız iyulun 19-dan sonra COVID-19 testindən keçmiş və müvafiq icazəsi olan zəvvarlar buraxılacaq. Bundan başqa, kəsiləcək qurbanların baytar nəzarətindən keçirilməsi üçün xüsusi baytarlıq xidməti qrupları yaradılıb.

Zəvvarların 70 faizini Səudiyyə Ərəbistanında müvəqqəti yaşayan zəvvarlar təşkil edəcək. Artıq bu gün Həcc və Ümrə Nazirliyinin internet saytında müraciətlərin qəbulunun son müddətidir.
Bu xəbər oxucular tərəfindən 1412 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed