Şrift:
“Müharibə sonuncu erməni əsgəri zərərsizləşdirilənə qədər davam etdirilməlidir”
14.07.2020 [15:15] - Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Qarabağ cəbhəsində hərbi əməliyyatların bərpasına ehtiyac var”

Məlum olduğu kimi, bu gün düşmənin artilleriya zərbələri nəticəsində Azərbaycan ordusunun bir neçə hərbçisi şəhid olub ki, onların arasında general Polad Həşimov da var. Məsələ ilə bağlı açıqlama verən Müdafiə Nazirliyi şəhid olan hərbçilərin qisasının alınacağını bildirib, düşmənin ciddi itkilər məruz qaldığına diqqət çəkib.
Düşmənin bir və ya bir neçə generalının məhvi belə bu məsələdə ökəmiz üçün təsəlli hesab edilə bilərmi? Yoxsa Azərbaycan hərbi əməliyyatları Qarabağın işğaldan azad ediləcəyi günə qədər davam etdirməlidir?


Moderator.az-a açıqlama verən sabiq millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev müharibənin sona qədər davam etdirilməsinin vacib olduğunu vurğuladı:

“Təbii ki, şəhid edilən hərbçilərimnizin qisasını almalıyıq. Lakin mən hərbi əməliyyatları yalnız qisas əməliyyatı səviyyəsində aparmağın əleyhinəyəm. Biz işğaldakı torpaqlarımızı azad edənə qədər müharibəni davam etdirməliyik. Məqsədimiz bu olmalıdır.

Ermənistan Qarabağ və ətraf rayonlardan kənar savaş yeri açıb. Burada öz planlarına uyğun davranırlar. Biz Qarabağ cəbhəsində savaşa başlamalıyıq. Ermənistan ordusu tamamilə zərərsizləşdirilməlidir.

Düşmən Naxçıvana da hücum etməyə cəhd edir. Qars və Moskva müqavilələrinə görə Naxçıvan üçün təhlükə yarananda Türkiyə proseslərə müdaxilə edə bilər. Türkiyə tərəfi dünən bir dha bəyan etdi ki, onlar problemin həli üçün bütün çözümlərdə, o cümlədən hərbi çözümdə də Azərbaycanın yanındadırlar.
Biz qan tökülməsini istəmiriksə, bir gün qan tökməyi bacarmalıyıq ki, daha qan tökülməsin . Dünyada müharibənin qarşısını almağın yolu budur.

Şəhidləriməzə Allahdan rəhmət diləyirəm. Onların qisasının alınması ilə bağlı çağırışlara qoşuluram. Lakin bir daha bəyan edirəm ki, problemin köklü həlli üçün zəmin yaranıb. Ermənistan bu günə qədər iddia edirdi ki, müharibəni aparan tərəf separatçı rejimdir. Bu gün isə Ermənistan tərəfi açıq-açığına müharibə aparır. Biz heç kimdən çəkinmədən sərhədlərimizi qorumaq şərti ilə, ilk öncə Qarabağdakı erməni ordusunu əzməliyik. 2016-cı ildə yarımçıq qalmış hücum əməliyyatı davam etdiriməlidir. Əgər bu müharibəyə Ermənistan tərəfindən hər hansı ölkə müdaxilə edərsə, o zaman Azərbaycan da Türkiyənin proseslərinə müdaxiləsinə şərait yaratmalıdır”.

Seymur ƏLİYEV
Bu xəbər oxucular tərəfindən 337 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed