Şrift:
Ötən gün 930 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
24.07.2020 [10:30] - Gündəm, Hüquq
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi iyulun 23-də xüsusi karantin rejiminin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmiş hərəkət iştirakçılarının sayı və görülən tədbirlər barədə məlumatı açıqlayıb.

İdarədən bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə iyulun 23-ü saat 00:00-dan iyulun 24-ü saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 857 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 73 nəfər olmaqla ümumilikdə 930 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci kilometrində yerləşən karantin keçid postundan 20-si rayon, 40-ı paytaxt istiqamətinə olmaqla 60, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci kilometrində yerləşən postdan 25-i rayon, 70-i paytaxt istiqamətinə olmaqla 95, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrində yerləşən keçid postundan 125-i rayon, 105-i paytaxt istiqamətinə olmaqla 230 avtomobil geri qaytarılıb. Ümumilikdə 385 nəqliyyat vasitəsilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.
Bu xəbər oxucular tərəfindən 732 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed