Şrift:
İran rejimi Ermənilərin Urmiyada törətdikləri soyqırımın kütləvi məzarlıqı məhv edir
03.11.2012 [11:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində qazıntılar zamanı tapılan kütləvi məzarlıq məhv ediləcək.Bu barədə Qərbi Azərbaycan vilayətinin Mədəni İrs İdarəsinin sədr müavini Xosrov Feri açıqlama verib. O bildirib ki, məktəb binasının bünövrəsindən tapılmış məzarlığın tarixi əhəmiyyəti yoxdur: “Odur ki, məzarlıq qorunmayacaq. Məktəb ərazisində qazıntı və tikinti işləri davam etdiriləcək”.

Qeyd edək ki, Urmiya şəhərində 15 Xordad adlı məktəbin yenidən inşası zamanı kütləvi məzarlıq tapılıb. Urmiyada yaşayan soydaşlarımızdan daxil olan məlumata görə, məktəb binasının yeri bir vaxtlar “Qara sandıq” adlı qəbiristanlığın ərazisi olub. Məzarlığa ilkin baxış keçirən arxeoloq Rza Heydəri bildirib ki, sümüklərin altındakı küllər və bəzi yanmış sümüklər onların quyuda yandırıldığını və ya yandırıldıqdan sonra basdırıldığını deməyə əsas verir. Şəhər əhalisi həmin məzarlığın 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş “Cilovluq soyqırımı”nın qurbanlarına aid olduğu fikrindədir.

1918-ci ilin mart ayında ermənilər və assurilər Xoy, Salmas və Urmiya və Qərbi Azərbaycan vilayətinin digər şəhərlərində kütləvi qırğınlar törədərək, 130 mindən çox azərbaycanlını qətlə yetiriblər.
Bu xəbər oxucular tərəfindən 1312 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed