Şrift:
“Gənclər Məclisi” təsis olundu
06.11.2012 [12:39] - Gənclik
Azərbaycanda yaşayan, müxtəlif peşə sahibi olan 50-yə yaxın gəncin iştirakı ilə “Gənclər Məclisi”ni təsis edilib.

Məclisin mətbuat xidmətindən Davam.Az-a verilən olan məlumata görə, azad düşüncəli, fəal və bacarıqlı gənclərin toplaşdığı məclisdə ayda iki dəfə aktual məsələləri müzakirə ediləcək.

“Gənclər Məclisi”nin yaradılmasında məqsəd Cəmiyyətdə ictimai və siyasi həyatda iştirak mədəniyyətinin yayılmasına və gücləndirilməsinə səy göstərmək; Fərqli sahələrdə təmsil olunan müxtəlif ixtisasa və təcrübələrə malik gənclərin resurslarını səfərbər etməklə təsirli iştirak mexanizmlərini inkişaf etdirmək;
Gənclərin ictimai siyasi həyatda iştirakının artırılması üçün imkanlar yaradılmasına çalışmaq;
İctimai və siyasi məsələlərdə gənclərin fikirlərinin qərarvericilər tərəfindən dinlənilməsinin və nəzərə alınmasının təmin edilməsi məqsədi ilə icra hakimiyyəti, parlament, təhsil müəssisələri, vətəndaş cəmiyyəti üzvləri və digər yerli və beynəlxalq maraqlı tərəflər ilə əməkdaşlıq və dialoqlara səylər göstəkrmədir.
Bu xəbər oxucular tərəfindən 1209 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed