Şrift:
Gürcüstan Azərbaycanlılarının Əlillər Assosiasiyası dializ xəstələri üçün yardım aksiyası keçirib
27.08.2020 [10:19] - Xəbərlər, Borçalı
Gürcüstan Azərbaycanlılarının Əlillər Assosiasiyası avqustun dializ xəstələri üçün yardım aksiyası keçirib. Aksiya Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın doğum gününə həsr olunub.

Assosiasiyanın sədri Rövşən Əliyev açıqlamasında aksiya çərçivəsində böyrək çatışmazlığından əziyyət çəkən və dializ qəbul edən 56 xəstəyə yardım olunduğunu qeyd edib.

R.Əliyev deyib: “Bu gün assosiasiyanın qeydiyyatında Gürcüstan üzrə 176 azərbaycanlı dializ xəstəsi var. Biz onlardan ən çox ehtiyacı olan və daha imkansız 56 nəfərə yardım etdik. Bu rəqəm də təsadüfi seçilməyib. Biz bununla təkcə Azərbaycanda deyil, qonşu Gürcüstanda da çox sevilən Mehriban xanım Əliyevanın ad gününü təbrik etmək istədik. Mehriban xanımın təşəbbüsü ilə Gürcüstanda təhsil ocaqları tikilib, təmir olunub, əlillərə müxtəlif yardımlar edilib. Biz, Gürcüstan azərbaycanlıları Azərbaycan Prezidentinin və Birinci vitse-prezidentin bizə yardımlarını, diqqət və qayğılarını heç zaman unutmayacağıq”.
Bu xəbər oxucular tərəfindən 8027 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed