Şrift:
Özbəkistanda koronavirusa yoluxanların sayı 41 min 994-ə çatıb
01.09.2020 [11:29] - Gündəm, Sosial
Son sutkada Özbəkistanda COVID-19-a 343 nəfər yoluxub və yoluxanların ümumi sayı 41 min 994 nəfərə çatıb

Özbəkistan Səhiyyə Nazirliyi xəbər verir ki, son 24 saat ərzində bu virusdan 5 xəstə ölüb və vəfat edənlərin sayı 317 nəfərə çatıb.

Məlumatda qeyd edilir ki, müalicə müəssisələrində 2 min 397 xəstə var, pasiyentlərin 275-nin vəziyyəti ağır, 147-nin isə çox ağırdır.

Bildirilir ki, son gündə virusdan 460 nəfər sağalıb, virus başlayandan isə 39 min 275 xəstə sağalaraq evə buraxılıb.
Bu xəbər oxucular tərəfindən 306 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed