Şrift:
Çox güclü “Maysak” tufanı Okinava prefekturasında fəsadlar törədib
01.09.2020 [11:36] - Xəbərlər, Hadisə
Yaponiyanın cənubunda yerləşən Okinava prefekturasına çatan “Maysak” tufanı fəsadlar törədib.

Yerli KİV-lər xəbər verir ki, prefekturanın mərkəzi şəhəri olan Nahada küləyin aşırdığı divar yaxınlıqdakı iki avtomobilə ciddi ziyan vurub.

Rəsmi nümayəndələrin bildirdiyinə görə, güclü külək nəticəsində dörd nəfər xəsarət alıb. Sakinlərin küləyin evlərin damını qoparması ilə əlaqədar yerli Yanğınsöndürmə İdarəsinə müraciət etdiyi bildirilir.

Yerli vaxtla saat 11:00-a olan məlumata görə Okinava prefekturasında 30 mindən çox ailə elektrik enerjisiz qalıb. Aviaşirkətlər 250-dən çox reysi təxirə salıb. Marşrut avtobusları və bərələr işini dayandırıb.

Hazırda tufan prefekturanın əhatə etdiyi adalardan uzaqlaşmağa başlasa da, meteoroloqlar sakinləri güclü küləyə, hündür dalğalara və fırtınaya qarşı ehtiyatlı olmağa çağırırlar.

Tufanın güc toplayaraq Kyuşü regionuna doğru, qərb istiqamətində hərəkət etdiyi bildirilir.
Bu xəbər oxucular tərəfindən 934 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed