Şrift:
Maqsud İbrahimbəyovun hekayəsi Qırğızıstan ədəbiyyat portalında
01.09.2020 [11:42] - Xəbərlər, Türk dünyası-Turan
Qırğızıstanın populyar Literatura.kg (“Ədəbiyyat”) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq yazıçısı Maqsud İbrahimbəyovun “Уютное место в сквере” (“Bağçada rahat yer”) hekayəsinin yayımına başlayıb.

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, əsər “Yaxın xarici ölkələrdə ədəbiyyat – Azərbaycan” adlı xüsusi bölməyə yerləşdirilib.

Qeyd edək ki, “Yaxın xarici ölkələrdə ədəbiyyat” bölməsi mütəmadi olaraq səhifələrində Rusiya, Belarus, Ukrayna, Özbəkistan, Tacikistan və digər ölkələrin aparıcı ədəbiyyatlarına yer ayırır.
Bu xəbər oxucular tərəfindən 523 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed