Şrift:
Bakıda sərnişin avtobusu YANDI
01.09.2020 [11:45] - Gündəm, Hadisə
1 sentyabr tarixində səhər saatlarında “BakuBus” MMC-nin istismarında olan 24 saylı müntəzəm marşrut xətti üzrə 99 JH 246 dövlət qeydiyyat nişanlı avtobusda yanğın olub.

Bakı Nəqliyyat Agentliyindən veriləm məlumata görə, yanğın zamanı sürücü təlimata uyğun davranaraq dərhal sərnişinləri təxliyə edib. Nəticədə sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır.

Fövqəladə Hallar Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb.

"Bakı şəhərinin Sabunçu rayonunda “Iveco” markalı sərnişin avtobusunun yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb",-deyə FHN bildirib.
Bu xəbər oxucular tərəfindən 1107 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed