Şrift:
Türk qırıcıları yunan "F-16"-larını Şərqi Aralıq dənizi bölgəsindən uzaqlaşdırıb
01.09.2020 [11:47] - Gündəm, Türk dünyası-Turan
Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş təyyarələri Aralıq dənizi səmasında Yunanıstan HHQ-yə aid altı “F-16” qırıcısını bölgədən uzaqlaşdırıb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada deyilir.

“27 Avqust 2020-ci il tarixində Yunanistana məxsus 6 ədəd “F-16” təyyarəsi Krit adasından havaya qalxaraq, Kipr Respublikası istiqamətində uçub və Türkiyə tərəfindən beynəlxalq “NAVTEX” elan edilən bölgəyə yaxınlaşıb. “F-16” qırıcılarımız onların bu bölgəyə yaxınlaşmalarının qarşısını alıb və bölgəni tərk etməyə məcbur edib”, - açıqlamada belə deyilir.

Müdafiə Nazirliyi əlavə edib ki, Türkiyə Silahlı Qüvvələri “Şərqi Aralıq dənizində ölkənin hüquq və mənafeyini qorumaqda davam edəcək”.
Bu xəbər oxucular tərəfindən 1280 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed