Şrift:
Ukraynada koronavirusdan ölənlərin sayı 2600-ü ötüb
01.09.2020 [12:02] - Gündəm, Sosial
Ukraynada son sutkada koronavirusdan ölüm halları artı

Ukrayna Səhiyyə Nazirliyi xəbər verir ki, bu ölkədə son sutkada 2088 nəfər koronavirusa yoluxub, 48 nəfər isə dünyasını dəyişib. Ən çox yoluxma Kiyev, Xarkov, İvano-Frankovsk, Lvov, Odessa vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 123 min 303 nəfərə çatıb. Koronavirusdan ölənlərin ümumi sayı 2605 nəfərdir, 57 min 114 xəstə isə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti noyabra qədər uzadılıb.
Bu xəbər oxucular tərəfindən 687 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed