Şrift:
Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü Tacikistanın rəsmi orqanlarının diqqətinə çatdırılıb
30.09.2020 [10:21] - Xəbərlər, Türk dünyası-Turan
Ermənistanın Azərbaycana qarşı törətdiyi yeni təcavüz aktının Tacikistanın rəsmi orqanlarının diqqətinə çatdırılması məqsədilə Azərbaycanın bu ölkədəki səfir Həsən Məmmədzadə ilə Tacikistanın Xarici İşlər nazirinin birinci müavini Xusrav Noziri arasında görüş keçirilib.

Görüş zamanı son günlər Ermənistan silahlı qüvvələrinin təmas xətti boyunca Azərbaycan mövqelərini və kəndlərini atəşə tutduğu və nəticədə mülki əhali arasında itkilərin olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.

Bu hücumun Ermənistanın son aylar ərzində həyata keçirdiyi məqsədyönlü təxribatçı fəaliyyətin davamı olduğu, Azərbaycan tərəfinin özünümüdafiə hüququ çərçivəsində və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə, Ermənistan silahlı qüvvələrinə qarşı müvafiq əks-tədbirlər həyata keçirdiyi qeyd edilib.

Tacikistan tərəfi bölgədə yaşanan gərginlik ilə bağlı narahatlığını diqqətə çatdırıb və münaqişənin sülh yolu ilə beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarı olduqlarını qeyd edib.

Görüşdə tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə edib.
Bu xəbər oxucular tərəfindən 1107 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed