Şrift:
Azərbaycan Türkiyədə yeni neft emalı zavodunun inşasına oktyabrda başlayacaq
19.09.2011 [12:35] - İqtisadiyyat
Bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, illik istehsal gücü 10 mln. ton neft emalına hesablanmış zavod Türkiyənin iri neft-kimya şirkətlər qrupu olan “Petkim”in xammala olan tələbatını tam ödəyəcək: “Bu layihənin iqtisadi səmərəliliyi ondan ibarətdir ki, zavod “Petkim”in yaxınlığında tikilir. Biz bu zavodu tikməklə iki məsələni həll etmiş oluruq. Birincisi, “Petkim”in xammala olan tələbatını ödəyirik, ikincisi isə zavod Egey dənizinə yaxın olduğu üçün Aralıq dənizində və Türkiyə bazarında böyük bir ehtiyat olan dizel, kerosin və kimya xammalı emal etmiş oluruq. Zavod benzin istehsal etməyəcək”.

R.Abdullayev əlavə edib ki, 3 il müddətində zavodda ilk qurğular quraşdırılacaq. Zavodun ilkin qiymətləndirməsi isə 5,5 mlrd. dollardır.

Qeyd edək ki, ARDNŞ “Petkim”in əsas səhmdarlarından biridir.
Bu xəbər oxucular tərəfindən 2284 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed