Şrift:
Özbəkistanın portallarında Ermənistanın Gəncəni və Mingəçeviri atəşə tutması ilə əlaqədar məqalələr yerləşdirilib
15.10.2020 [10:09] - Xəbərlər, Türk dünyası-Turan
Özbəkistanın “Interfax.uz”, “qalampir.uz”, “orol24.uz”,”human.uz”portalları Ermənistan silahlı qüvvələrinin qədim Gəncənin və Mingəçevirin mülki obyektlərini və dinc əhalisini raket atəşinə tutması ilə bağlı özbək və rus dillərində məqalələr verib.

Materiallarda deyilir: “Moskvada humanitar atəşkəs rejimi razılaşdırıldıqdan dərhal sonra Ermənistan ərazisindən Gəncə və Mingəçevir şəhərlərinin ballistik raket atəşinə tutulması beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyası və onun Əlavə Protokollarını, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozur. Bunun üçün erməni hərbçiləri məsuliyyət daşıyır və onlar gec-tez beynəlxalq qanunlar qarşısında cavab verməli olacaqlar”.

“Interfax.uz” portalı bildirir ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncənin atəşə tutulması ilə əlaqədar deyib: “Oktyabrın 11-də Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin əhalinin sıx yaşadığı məntəqəsinə “SCUD” tipli ballistik raket də Ermənistanın ərazisindən atılmışdı. “SCUD” tipli böyük məhvetmə gücünə malik olan raketin döyüş zonasından kənarda mülki insanlara qarşı istifadə olunması ATƏT məkanında birinci haldır. Ümumiyyətlə, dünya üzrə son hərbi münaqişələrdə müşahidə olunan nadir hallardan biridir”.
Bu xəbər oxucular tərəfindən 1347 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed