Şrift:
Qazaxıstanın Kurık limanından yeni bərə xəttı işə salınacaq
04.11.2020 [11:16] - Gündəm, Türk dünyası-Turan
Qazaxıstanın Kurık limanı yeni Kurık-Əmirabad-Ənzəli (İran)-Kurık bərə xəttini işə salır. Limandan Ro-Ro tipli bərə gəmisinin fəaliyyəti bu il noyabrın 10-15–də planlaşdırılır.

Kurık limanı 17 metr uzunluğa qədər 32 ağır yük maşını yerləşən Rusiya gəmilərindən istifadə etməyi planlaşdırır.

Limandan avtomobil infrastrukturu tranzit, eləcə də idxal-ixrac istiqamətlərində keçən yüklərin qəbulu və operativ xidmətinə tam hazırdır.

Ümumilikdə cari ilin 9 ayı ərzində Kurık limanından yüklənmə həcmi 1 milyon 242 min 529 ton təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 180 min 141 ton və ya 17 faiz çoxdur (1 milyon 62 min 388 ton).

Qeyd edək ki, limandan neft, taxıl, istehlak malları ixrac, istehlak və maddi məhsullar, tikinti materialları idxal olunur.

Xatırladaq ki, Kurık limanı Aktau limanından 100 kilometr cənubda yerləşir və tikintisinə 2015-ci ilin aprelində başlanılıb. 2017-ci il martın 24-də Kurık limanından Azərbaycana ilk yük yola salınıb. Kurık limanının layihə gücü ildə 6 milyon ton yük üçün nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 1671 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed