Şrift:
"Azəricə" deyil Oğuzca deyək!
19.11.2012 [12:55] - Gənclik
Uzun illərin əsarəti ulusumuzun dil,milli kimlik,tarix düşüncəsinə,təməlinə böyük zərbələr vurmuşdur.Həm dilimiz.həm milli kimliyimiz,həm də tariximiz düşmən siyasətləri sonucunda saxtalaşdırılmış,dəyişdirilmiş,ortalığa qondarma,yalançı,kökü olmayan,bizləri türklüyümüzdən, türk dilimizdən,türk tariximizdən uzaqlaşdıran kəlimələr ortaya atılmışdır.Özəlliklə qondarma,saxta "azəri" kəlməsi adı altında türklüyümüz,kökənliliyimiz silinməyə çalışılmaqdadır.Artıq qondarma "azəri" milli kimliyi və "azəricə" saxta dil formalaşdırılmaqdadır.

Oğuzlar qrupu olaraq düşmənlərimizin bəlli amacla ortaya atdıqları və bizləri türklüyümüzdən,tariximizdən uzaqlaşdırmağa,qoparmağa çalışdıqları bu sözcükləri ortadan qaldırmamız və ulusumuzun adına sahiblənməmiz gərəkdiyi düşüncəsindəyik.Gündəlik yazışmalarda Türkiyədən olan canlarımız dilimizdə olan bir sözü sorunca "azəricə" bu nə demək olur və ya dilmizlə ilgili başqa sorular sorurlar. Dilimiz Türk dilləri ailəsinin Oğuz qrupuna aid olduğu üçün ,saxta,qondarma "azəricə" kəlməsinin yerinə Oğuzca denilməsini önəririk.Bu bizlərin bir bütün olmamıza və düşmənlərin illər boyunca bizləri bir-birimizdən qopararaq fərqli göstərməsi oyununun pozulması ilə sonuclanacağı düşüncəsindəyik.
Türkiyədə yaşayan canlarımız dilimizə "azəricə" deyil, Oğuzca deyək,türkləşək,bütünləşək!

Oğuzlar qrupu
Bu xəbər oxucular tərəfindən 1673 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed