Şrift:
Rusiyanın Həştərxan vilayətində hovuzda xlordan zəhərlənən 30 nəfər xəstəxanaya yerləşdirilib
07.12.2020 [14:55] - Gündəm, Sağlıq
Rusiyanın Həştərxan vilayətində hovuzda xlordan zəhərlənən 30 nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi Həştərxan vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.

“Dinamo” kompleksinin hovuzunda zəhərlənənlər arasında 21 uşaq var, onlardan 13-nün vəziyyəti orta ağır, 6 uşağın vəziyyəti isə ağır qiymətləndirilir.

İlkin məlumata görə, hovuzun fəaliyyət göstərdiyi kompleksin əməkdaşları təmizlik işləri zamanı xlorun miqdarını 25 faiz artırıblar.
Bu xəbər oxucular tərəfindən 486 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed