Şrift:
Türkiyədə FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən 304 hərbçinin saxlanılması üçün əməliyyatlar keçirilir
08.12.2020 [11:18] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyə Silahlı Qüvvələrinin FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində növbəti genişmiqyaslı əməliyyatların həyata keçirilməsinə başlanıb.

Terror təşkilatları ilə əlaqəsi olmaqda şübhəli bilinən 304 hərbçinin saxlanılması üçün əməliyyatlar ölkənin 50 vilayətində paralel şəkildə keçirilir. Aralarında yüksək rütbəli zabitlərin də olduğu həmin şəxslərdən 295-i hazırda fəaliyyətdə olan hərbçilərdir. Onların 193-ü Quru Qoşunlarında, 111-i isə Hərbi Hava Qüvvələrində xidmət edirlər.

Qeyd edək ki, bu, Türkiyə Silahlı Qüvvələrində FETÖ üzvlərinin saxlanılması istiqamətində indiyədək keçirilən ən böyük əməliyyatdır.
Bu xəbər oxucular tərəfindən 696 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed