Şrift:
“Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qurultayında yeni sədr seçiləcək
12.01.2021 [10:34] - Xəbərlər, Borçalı
Gürcüstanın hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının növbəti qurultayı yanvarın 16-da keçiriləcək

Bu barədə “Gürcü Arzusu"nun icra katibi Kaxa Kaladze məlumat verib.

Onun sözlərinə görə, qurultaya ölkənin bütün bölgələrindən 400-ə yaxın nümayəndə qatılacaq.

Qurultayda partiyanın yeni sədri və partiyanın siyasi şurasının yenilənmiş tərkibi seçiləcək. Siyasi Şuranın qərarına əsasən, İrakli Kobaxidze partiya sədri vəzifəsinə namizəd göstəriləcək.

İcra katibi deyib: “Partiyanın qurucusu və sabiq sədri Bidzina İvanişvilinin siyasətdən uzaqlaşması, əlbəttə ki, partiyamız üçün bir problemdir. İndi Bidzina İvanişvilinin başlatdığı işləri başa çatdırmaq və Gürcüstanı bir Avropa dövləti olaraq qurmaq, demokratiya və insan haqlarını daha da gücləndirmək, vətəndaşlarımızın rifahını yüksəltmək, yoxsulluğu aradan qaldırmaq və ölkəmizin rifahını yaxşılaşdırmaq üçün xüsusi məsuliyyətimiz var”.

“Gürcü Arzusu"nun siyasi komandası birgə məqsədyönlü hədəflərə mütləq şəkildə nail olacaq”, – deyə K.Kaladze vurğulayıb.

Pandemiya səbəbindən partiyanın qurultayına xarici ölkələrdən qonaq dəvət olunmayıb.
Bu xəbər oxucular tərəfindən 24130 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed