Şrift:
Elçibəyin zəhərlənməsi ilə bağlı cinayət işi dayandırılıb?
23.11.2012 [10:34] - Gündəm, Hüquq
Baş Prokurorluq: “Bu haqda bəzi kütləvi informasiya vasitələrində yayılmış məlumatlar doğru deyil”


Eks-prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev mətbuata açıqlamasında qardaşının zəhərlənməsi ilə bağlı qaldırılan cinayət işinin dayandırılacağını deyib. O, bunu istintaqın işində heç bir ciddi dəyişikliyin olmaması ilə əlaqələndirib. Baş Prokurorluq isə bəzi kütləvi informasiya vasitələrində yayılmış bu xəbərin doğru olmadığını bildirib:

“Eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi ilə əlaqədar başlanmış cinayət işinin istintaqının guya dayandırılması barədə bəzi kütləvi informasiya vasitələrində yayılmış məlumatlar doğru deyil. Qeyd edilən cinayət işi üzrə Bakı şəhər prokurorluğunda zəruri istintaq tədbirləri davam etdirilir və nəticəsi barədə ictimaiyyətə əlavə informasiya veriləcəkdir. Tərəfimizdən məlumat verildiyi kimi, mərhum eks-prezidentin meyidinin qəbirdən çıxarılması zərurəti yaranarsa, həmin proses Cinayət-Prosessual qanunvericiliyinin tələblərinə müvafiq olaraq, yalnız məhkəmənin qərarı əsasında, həyata keçirilə bilər”.

Qeyd edək ki, mərhum prezidentin zəhərlənməsi iddiası ilə Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev çıxış edib. Onun müraciəti əsasında, Bakı şəhər Prokurorluğunda cinayət işi başlanılıb və istintaq aparılır.
Bu xəbər oxucular tərəfindən 1614 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed