Şrift:
Ötən il Masallıda iki tondan çox barama tədarük olunub
29.01.2021 [11:22] - Gündəm, İqtisadiyyat
Masallı rayonunda ənənəvi təsərrüfat sahələrindən biri olan baramaçılığın əvvəlki şöhrətinin qaytarılması istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Rayon Statistika İdarəsindən bildirilib ki, ötən il 2 ton 287,5 kiloqram barama istehsal edən rayonun kümçüləri, bu il də məhsul istehsalını daha da artırmaq üçün indidən hazırlıq işlərinə başlayıblar.

Baramadan yaxşı qazanc götürən kümçülər cari ildə məhsul istehsalını daha da artırmaq məqsədilə barama bəsləmək istəyən kümçülərin indidən qeydiyyatı aparılır və onlarla mütəmadi olaraq görüşlər keçirilir, fikir mübadiləsi edilir. Bu isə ipəkqurdu bəsləmək istəyən sakinlərin sayının artmasına öz təsirini göstərir.

Qeyd edək ki, aprel ayından etibarən barama istehsal etmək istəyən fermerlərə və məhsul istehsalçılarına ipəkqurdu toxumunun paylanmasına başlanılacaq
Bu xəbər oxucular tərəfindən 301 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed