Şrift:
Gürcüstanda son sutka ərzində daha 858 nəfər koronavirusa yoluxub
03.02.2021 [12:50] - Gündəm, Borçalı
Son sutka ərzində Gürcüstanda 15 min 792 nəfər koronavirusla əlaqədar test olunub. Nəticədə 858 nəfərin koronavirusa yoluxduğu təsdiq olunub.

Bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.

Bildirilir ki, son 24 saat ərzində virusa yoluxmuş 788 nəfər müalicə olunaraq evə buraxılıb, 13 nəfər isə pandemiyanın qurbanı olub.

Qeyd olunub ki, Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 259 min 897-yə, müalicə olunanların sayı 251 min 77-yə, pandemiya qurbanlarının sayı isə 3 min 221-ə çatıb.

Ölkə üzrə yoluxma hallarında azalma qeydə alınıb. Bildirilir ki, ölkə üzrə gündəlik yoluxma 4,36 faiz, son həftə ərzində 3,87 faiz, son 14 gündə isə 4,67 faiz azalma təşkil edib.
Bu xəbər oxucular tərəfindən 24930 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed