Şrift:
Mingəçevir Dövlət Universitetində növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb
25.02.2021 [10:44] - Gündəm, Sağlıq
Mingəçevir Dövlət Universitetində (MDU) növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb.

Universitetdən bildiriblər ki, Mingəçevir şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları tərəfindən həyata keçirilən dezinfeksiya işləri auditoriya və laboratoriyaları, inzibati otaqları, dəhlizləri, həyətyanı əraziləri, idman zalını, kitabxananı və sanitar qovşaqları əhatə edib.

Qeyd edək ki, MDU-da mütəmadi olaraq keçirilən dezinfeksiya tədbirləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarının icrası çərçivəsində həyata keçirilir. Paralel olaraq, MDU kollektivi və tələbələri arasında COVID-19 infeksiyası ilə mübarizəyə dair maarifləndirmə işləri də davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 469 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed