Şrift:
Fərəc Quliyev tarixçi alim Dilavər Əzimlinin vəfatı ilə bağlı başsağlığı verir
03.03.2021 [16:11] - Gündəm, Siyasi partiyalar, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Tarixçi alim Dilavər Əzimlinin vəfatı ilə bağlı başsağlığı verib.
Dilavər Əzimlinin vəfatı ilə bağlı öz adımdan və sədri olduğum Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından keçirdiyimiz kədər hissini bildirməklə, mərhumun bütün doğmalarına dərin hüzünlə başsağlığı verirəm. Allahdan mərhuma rəhmət, ruhunun şad, məkanının Cənnət olmasını diləyirik!

Qeyd edək ki, Dilavər Mirzəkişi oğlu Əzimli 1959-cu il dekabrın 5-də Cəlilabad rayonunun Ağdaş kəndində anadan olub.
O, 1987-1992-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsini qırmızı diplomla bitirib. 2003-cü ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsində çalışıb, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetində "Türk və Şərqi Avropa xalqları" kafedrasının müəllimi olub.
Bu xəbər oxucular tərəfindən 1021 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed