Şrift:
Fərəc Quliyev təltif olunan QHT rəhbərlirini TƏBRİK etdi
07.03.2021 [14:37] - Xəbərlər, Siyasi partiyalar, Özəl xəbər, Fərəc Quliyev
06.03.2021-ci il tarixində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev imzaladığı sərəncamla Hüquq müdafiəçiləri- Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli bölməsinin sədri Səadət Bənənyarlı, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova və İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliynin sədri Səltənət Qocamanlını Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə “Şöhrət” ordeni ilə təltif edib.

Bu münasibətlə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, istiqlalçı millət vəkili Fərəc Quliyev insan hüquqlarının mübarizləri olan bu üç xanımı “Şöhrət” ordeni almaqları münasibətilə səmimi qəlbdən təbrik edir və gələcək ictimai fəaliyyətlərində yeni-yeni uğurlar arzu edir. Milli dövlətçiliyimizin daha da güclənməsi istiqamətində bundan sonra da qətiyyətli fəaliyyət göstərmələrini arzu edir. Partiya sədri bu təltifin eyni zamanda QHT sektoru ilə dövlət rəsmiləri arasında qurulan yeni körpü, əməkdaşlıq və fəaliyyət üçün yeni imkanların yaranacağına bir göstərici və dövlətin inkişafına xidmət edənlərin ödülləndirməsinin gələcək adına böyük sərmayə olduğunu vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 989 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed