Şrift:
Gürcüstanda koronavirusa qarşı peyvəndləmənin birinci mərhələsi başlayıb
15.03.2021 [11:14] - Gündəm, Borçalı
Martın 15-də Gürcüstanda koronavirusa qarşı vaksinasiyanın birinci mərhələsi başlayıb.

Bu mərhələdə peyvənd könüllülük əsasında tibb işçilərinə vurulacaq.

Peyvəndləmə Tbilisi və ölkə üzrə 29 regional tibb müəssisəsində başlayıb. Martın 17-dən daha 35, martın 19-dan isə 23 tibb məntəqəsi bu prosesə qoşulacaq.

Birinci mərhələnin iki həftə ərzində başa çatdırılması nəzərdə tutulub. Tibb işçilərindən sonra növbəti mərhələdə qocalar evlərinin sakinləri və işçiləri peyvənd olunacaq. Artıq 1449 tibb işçisi peyvəndləmə üçün siyahıya alınıb.

Üçüncü mərhələdə isə 75 yaşdan yuxarı şəxslərə peyvənd vurulacaq.

Bu gün ilk peyvənd Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbərinin müavini Paata İmnadzeyə vurulub.

Qeyd edək ki, Gürcüstan martın 13-də 43 200 dozadan ibarət “AstraZeneca” vaksinini əldə edib. Növbəti partiyanın ölkəyə bir neçə həftədən sonra çatdırılacağı gözlənilir.

Martın 22-dən sonra isə ölkəyə 14 500 doza “Pfizer” peyvəndinin gətiriləcəyi gözlənilir.
Bu xəbər oxucular tərəfindən 24038 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed