Şrift:
Gürcüstanın ali məktəblərində, peşə təhsili müəssisələrində tədrisin əyani davam etməsinə icazə verilib
15.03.2021 [11:15] - Gündəm, Borçalı
Martın 15-dən Gürcüstanda koronovirusla bağlı bir neçə məhdudiyyət aradan qaldırılıb.

Bu barədə Gürcüstan Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib. Qərara əsasən, bu gündən ali məktəblərdə, həmçinin peşə təhsili müəssisələrində tədrisin əyani davam etməsinə icazə verilib.

Bundan başqa, Gürcüstanda idman zalları fəaliyyətini bu gündən bərpa edib. Lakin ölkə ərazisində saat 21:00-dan 5:00-dək tətbiq edilən komendant saatı qüvvədə qalır.
Bu xəbər oxucular tərəfindən 23360 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed