Şrift:
Fərəc Quliyevin Novruz bayramı təbriki
20.03.2021 [12:35] - Xəbərlər, Siyasi partiyalar, Özəl xəbər, Fərəc Quliyev
Hörmətli, Həmvətənlər, Dünyanın hər yerində olan Soydaşlarım!

Sizi Novruz Bayramı münasibəti ilə şəxsim və sədri olduğum Milli Dirçəliş Hərəkatı Partiyası adından təbrik edirəm!
Bu il bizə fərqli Novruz bayramı –Qələbəli ,Qarabağlı bayramı ərməğan edən, şanlı qələbə naminə canlarını qurban vermiş bütün ŞƏHİDLƏRİMİZİN ruhu şad olsun!Qazilərimizi Allah qorusun!
Əziz Soydaşlarım,Novruz bayramı və onun mifoloji semantikasında olan ardıcıllıqlar bəşəriyyətin ən zəngin, köklü və İlahi mədəniyyətinə sahib olduğumuzun təsdiqidir.
Bu böyük mədəniyyətin daşıyıcısı olmağımızdan qürur duyur, Novruzun fəlsəfi mahiyyətindən doğan ən xoş arzularımla Sizi bir daha Novruz Bayramı münasibəti ilə şəxsim və sədri olduğum Milli Dirçəliş Hərəkatı Partiyası adından ürəkdən təbrik edirəm!

Sayğılarla Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Fərəc Quliyev
Bu xəbər oxucular tərəfindən 1300 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed