Şrift:
İnterferon koronavirusa yoluxmanın qarşısını alır
29.03.2021 [10:50] - Gündəm, Sağlıq
İnterferon koronavirusa yoluxmanın qarşısını alır.

Bu barədə Rusiyanın N.F.Qamaleya Mərkəzinin direktoru Aleksandr Ginzburq jurnalistlərə müsahibəsində məlumat verib. Onun sözlərinə görə, orqanizmində yetərinсə interferon (virusa qarşı zülal molekulları) olan insanların koronavirus infeksiyasına yoluxması ehtimalı azdır.

Alim əlavə edib ki, koronavirusun profilaktikası üçün interferonun induktorları, başqa sözlə, orqanizmdə təbii interferonun yaranmasını stimullaşdıran maddələr əhəmiyyətlidir. Belə ki, interferon özü zəhərlidir və orqanizmə düşdükdə tez parçalanaraq məhv olur.

A.Ginzburq interferonun indukturları kimi “kaqosel” və “polioksidoniy” preparatlarını misal gətirərək deyib ki, interferon olduqca güclü preparatdır və ondan təmiz şəkildə istifadə olunması, kimya terapiyasında olduğu kimi, saç tökülməsinə gətirib çıxara bilər.

Qamaleya Mərkəzinin direktorunun fikrincə, pandemiya başlanandan insanlar interferon induktorlarını qəbul etsə idilər, yoluxma sayı 20-30 faiz az ola bilərdi.
Bu xəbər oxucular tərəfindən 436 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed