Şrift:
BMT-də İranda insan haqlarının pozulmasını pisləyən qətnamə qəbul olunub
28.11.2012 [15:40] - Güney Azərbaycan xəbərləri, Hüquq
BMT Baş Assambleyasının 3-cü Komitəsində İranda insan haqlarının pozulmasını pisləyən qətnamə qəbul olunub.Sənədin lehinə 83, əleyhinə 31 ölkə səs verib, 68 dövlət isə bitərəf qalıb.
Qətnamədə İran sistemli şəkildə insan hüquq və azadlıqlarını pozmaqda, müxalifətə qarşı sərt cəza tədbirləri həyata keçirməkdə, məhbuslarla qeyri-insani və təhqiramiz rəftar etməkdə, azyaşlıların edamında, etnik azlıqların diskriminasiyasında, din azadlıqlarının məhdudlaşdırılmasında və s. ittiham olunub. Sənədin sonunda rəsmi Tehran beynəlxalq hüquq müdafiə təşkilatları ilə hərtərəfli əməkdaşlıq etməyə dəvət edilib.
Bu xəbər oxucular tərəfindən 1295 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed