Şrift:
Tbilisidə keçirilən görüşdə Cənubi Qafqaz və Qara dəniz regionlarında təhlükəsizlik məsələləri müzakirə olunub
30.03.2021 [10:54] - Xəbərlər, Borçalı
Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazgan bu ölkənin müdafiə naziri Cuanşer Burçuladze ilə görüşüb.

Bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Cənubi Qafqaz və Qara dəniz regionlarında təhlükəsizlik məsələləri əsas müzakirə mövzusu olub.

Eyni zamanda, Türkiyə ilə Gürcüstan arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlıq, NATO-ya və Avroatlantik məkana inteqrasiya məsələsi də diqqət mərkəzində olub.

Cuanşer Burçuladze Gürcüstanın ərazi bütövlüyündə nümayiş etdirdiyi ədalətli mövqeyə, eləcə də ölkəsinin müdafiə qüdrətinin artırılmasında göstərdiyi dəstəyə görə Türkiyə dövlətinə minnətdarlıq edib.

Görüş zamanı, hərbi sahədə əməkdaşlığın genişləndirilməsi, birgə hərbi təlimlərin keçirilməsi, hərbi kadrların hazırlanması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Bu xəbər oxucular tərəfindən 24749 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed