Şrift:
İtaliya iki rus diplomatını casusluq ittihamı ilə ölkədən çıxaracaq
01.04.2021 [11:09] - Gündəm, Diaspor
İtaliya polisi bir gəmi kapitanı və bir rus diplomatı casusluqda şübhəli bilərək saxlayıb.

“casusluq və dövlət təhlükəsizliyi ilə bağlı ağır cinayət” törətməkdə ittiham olunan və adları açıqlanmayan şəxslər məxfi məlumatların ötürülməsi zamanı saxlanılıblar. Hadisə ilə əlaqədar İtaliya Hərbi Dəniz Qüvvələrinin kapitanı və Rusiyanın Romadakı səfirliyinin diplomatı saxlanılıblar. Səfirliyin digər əməkdaşı və saxlanılan diplomatın tezliklə İtaliyadan çıxarılacağı bildirilir.

İtaliya polisinin (karabinieri) verdiyi açıqlamada İtaliyanın əks-kəşfiyyat xidmətinin (AİSİ) apardığı uzunmüddətli təhqiqatları nəticəsində hərbi donanmadakı casusluq hadisəsinin aşkarlandığı qeyd edilib.

İtaliyanın Xarici İşlər Nazirliyi məsələ ilə bağlı Rusiyanın İtaliyadakı səfiri Sergey Rasovun nazirliyə dəvət olunduğunu açıqlayıb. Səfirliyin açıqlamasında isə bu hadisə barədə əlavə şərh verməkdən imtina edilib, iki ölkə arasındakı münasibətlərə xələl gəlməyəcəyinə ümid ifadə olunub.

Qeyd edilməlidir ki, bu hadisə Avropa ölkələrinin Rusiyaya qarşı iddia etdikləri casus qalmaqalları içərisində ən son hadisədir. Bundan öncə isə Bolqarıstan altı vətəndaşına qarşı casusluqla bağlı ittiham irəli sürmüşdü. Ötən ilə isə Niderland Krallığı iki rus diplomatını casusluq ehtimalı ilə ölkədən çıxarmışdı.
Bu xəbər oxucular tərəfindən 22113 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed