Şrift:
Azərbaycan qılıncoynadanı dünya birinciliyində bürünc medal qazanıb
05.04.2021 [10:31] - Xəbərlər, İdman
Aprelin 4-də Misirin paytaxtı Qahirədə keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyində ikinci yarış gününə yekun vurulu

Sablya üzrə milli komandamızın üzvü Zərifə Hüseynova ilk dəfə qatıldığı dünya birinciliyində yeniyetmələr arasında bürünc medal qazanıb.

Qrup mərhələsini 4 qələbə ilə başa vuran idmançımız onaltıdabir finalda Misir təmsilçisi Adel Eldokşın (15:8) ardınca özbəkistanlı sablyaçı Jasmina Abdullayevanı (15:11) məğlub edib. Yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə Koreya Respublikası qılıncoynadanı Li Yunseo üzərində 15:6 hesablı inamlı qələbə qazanan Z.Hüseynova dünyanın ən güclü 4 yeniyetmə sablyaçı sırasına yüksəlməklə turnirin bürünc medalını təmin edib. Təmsilçimiz finalın bir addımlığında dünya birinciliyinin qalibi ABŞ sablyaçısı Maqda Skarbonkieviczə 9:15 hesabı ilə uduzub.

Bu, Azərbaycanın qılıncoynatma tarixində sablya üzrə yeniyetmələrin dünya birinciliyində qazanılan ilk medaldır.

Xatırladaq ki, daha öncə şpaqaçımız Ruslan Həsənov 2019-cu ildə Polşanın Torun şəhərində keçirilən gənclərin dünya birinciliyində bürünc medal qazanıb.
Bu xəbər oxucular tərəfindən 287 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed