Şrift:
Litva polisi hökumət binası qarşısında aksiyalar keçirməyi planlaşdırır
06.04.2021 [09:23] - Xəbərlər, Siyasət
Əgər vaksinasiya növbəsində bizi daha da aşağı pilləyə endirməyə davam etsələr, gələn həftə hökumət binası qarşısında blok-postlar quracağıq. Polis əməkdaşları və həmkarlar ittifaqları üzvləri isə üzərilərinə və avtomobillərinə “Ehtiyatlı olun, mən peyvənd olunmamışam” xəbərdarlığının əks olunduğu etiket yapışdıracaqlar.

Bu sözləri polis həmkarlar ittifaqının sədri Roma Katinene söyləyib.

“Prioritet siyahıda bizi lap aşağı salmaqlarına çox səbirlə reaksiya vermişik, çünki ən zəiflərin vaksinasiyasının zəruri olduğunu anlayırıq. Lakin indi, kifayət qədər geniş insan kütləsi peyvənd olunan vaxtda polislər hələ də növbənin sonunda qərarlaşıblar”, - deyə Litva Hüquq Mühafizə orqanları Federasiyasının sədri Loreta Soşekene bildirib.

Litvanın daxili işlər naziri Aqne Bilotayte isə təmas işləri icra edən 7900 polis əməkdaşının təcili olaraq bu həftə vaksinasiya edilməsini tələb edib. Nazir polis zabitlərinin pandemiyanın ön cəbhəsində çalışdıqlarına və karantin rejimi tələblərinə riayət olunmasını təmin etdiklərinə görə bunun həyati əhəmiyyət kəsb etdiyini söyləyib.

Litvanın Səhiyyə Nazirliyi isə prioritet siyahıların dəyişdirilməsinin nəzərdə tutulmadığını bəyan edib. Nazirlik rəsmilərinin sözlərinə görə, polis əməkdaşları əhalinin vaksinasiyası üzrə prioritet hesab edilən vacib hissəsidir, lakin onlar adları çəkilən digər qruplardan sonra peyvənd olunmalıdırlar, çünki bu qrupa daxil olan insanların xəstəliyi olduqca ağır formada keçirmək, hətta ölüm riski daha yüksəkdir.
Bu xəbər oxucular tərəfindən 329 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed