Şrift:
Şimali Koreya COVID-19 səbəbindən Tokio Olimpiya Oyunlarında iştirak etməyəcək
06.04.2021 [09:26] - Xəbərlər, İdman
Koreya Xalq Demokratik Respublikası (KXDR) idmançılarını COVID-19 virusundan qorumaq məqsədilə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakdan imtina edib.

Yonhap agentliyinə istinadla xəbər verir ki, bu barədə qərar KXDR Olimpiya Komitəsinin martın 25-də keçirilən iclasında qəbul olunub. Bir neçə gün əvvəl Şimali Koreyanın rəsmi mətbuatı səlahiyyətli qurumların idman tədbirlərinin təşkili barədə məsələni müzakirə etdiyini xəbər versə də, Yay Olimpiya Oyunlarında iştirakdan imtina barədə məlumat verilməmişdi.

Qeyd edək ki, Şimali Koreya tərəfi ölkədə indiyədək COVID-19 virusuna yoluxma hallarının aşkarlanmadığını bəyan edib. Bununla belə, ölkədə karantin tədbirləri tətbiq olunur.
Bu xəbər oxucular tərəfindən 352 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed